15 
Okt
2022
13:37
47
135
3392
Virtual karabakh

Fransa klubu “Qarabağ”la oyun öncəsi baş məşqçisini qova bilər

15 Okt, 2022
13:37
3392

Fransa klubu “Qarabağ”la oyun öncəsi baş məşqçisini qova bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nant”ı Fransada “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununa yeni baş məşqçi çıxara bilər.

Uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi Antuan Kambuareni istefaya göndərməyə hazırlaşır.

İddiaya görə, Liqa 1 təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Oktyabrın 16-da “Brest”lə çempionat oyunu 59 yaşlı mütəxəssisin bu vəzifədə son matçı ola bilər. Kollektiv bu görüşdə də uduzsa, Kambuare qovulacaq.

Nant şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatı və avrokuboklarda ümumilikdə keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Nant” və “Qarabağ” arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı II tur matçında “köhlən atlar” rəqibini darmadağın edib - 3:0.

Mənbə: L'Equipe

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri