UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.
Oxu.az-ın məlumatına görə, ilk gündə E, F, G və H qruplarında oyunlar keçirilib.
Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha dörd komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib. Bunlar “Atletiko”, “Latsio”, Dortmund “Borussiya”sı və “Barselona”dır.
Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
28 noyabr
E qrupu
“Latsio” (İtaliya) - “Seltik” (Şotlandiya) 2:0
Çempionlar Liqası: Daha dörd komanda pley-offa vəsiqəni təmin etdi - YENİLƏNİB + VİDEO
23:58
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.
Oxu.Az-ın məlumatına görə, ilk gündə E, F, G və H qruplarında keçirilməli olan səkkiz matçdan ikisi artıq başa çatıb.
E qrupunda “Latsio” - “Seltik”i qəbul edib. Meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçiriblər - 2:0.
H qrupunda isə autsayder “Antverpen” Donetsk “Şaxtyor”unun qonağı olub. Matç gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü ilə nəticələnib - 1:0.
Qeyd edək ki, bir qədər sonra daha altı oyuna start veriləcək. Turun qalan görüşləri isə ertəsi gün oynanılacaq.