Dek
2023
19:36
40
13
1245
Virtual karabakh

“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib - FOTO

1 Dek, 2023
19:36
1245

“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Bu barədə Klubunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərkimya İstehsalat Birliyinin inzibati binasında gerçəkləşən toplantını Müşahidə Şurasının (MŞ) sədri Abdulla Məmmədov açıb.

O, gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verdikdən sonra klub prezidenti Riad Rəfiyev “Sumqayıt” Futbol Klubunun ötən təqvim ilindəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Klub prezidentinin təqdimatının ardınca Abdulla Məmmədov şəxsi işləri ilə əlaqədar MŞ-da təmsil olunmaq istəməyən “Azərkimya” İB-nin Həmkarlar İttifaqının sədri Aydın Xəlilov və keçmiş baş direktoru İmran Arzumanzadənin əvəzinə Birliyin baş direktoru Elnur Məmmədli və SOCAR-ın Aparat rəhbərinin müavini Ayxan Əliyevin Müşahidə Şurasına qəbul edilməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Daha sonra Abdulla Məmmədov digər işləri ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsindən istefa verdiyini, fəaliyyətinə sıravi üzv kimi davam etmək istədiyini, sədr kimi isə Elnur Məmmədlinin namizədliyini təklif etdiyini bildirib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Müşahidə Şurasının yeni tərkibi və sədri müəyyənləşdikdən sonra klubun gələcək planları, qarşıdakı hədəflər və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri