Dek
2023
03:25
20
45
1939
Virtual karabakh

2023-cü ilin ən çox qazanan avtomobil yarışçısının adı AÇIQLANDI

2 Dek, 2023
03:25
1939

2023-cü ilin ən çox qazanan avtomobil yarışçısının adı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandlı atlet Maks Ferstappen 2023-cü ildə “Formula-1”in ən çox qazanan sürücüsü kimi tanınıb.

Bu barədə “Forbes” jurnalında məlumat verilib.

“Forbes”ın məlumatına görə, “Red Bull”un pilotu bir ildə 70 milyon dollar qazanıb. Oktyabrda Ferstappen Qətər Qran-prisinin qalibi və vaxtından əvvəl dünya çempionu olub. O, bu titulu, həmçinin 2021 və 2022-ci illərdə də qazanıb.

“Forbes”ın reytinqində ikinci yeri “Mercedes”də çıxış edən Lyuis Hemilton tutub. Mövsümün sonunda britaniyalı yarışçı 55 milyon dollar qazanıb. Ən çox qazanan sürücülərin ilk beşliyində, həmçinin Fernando Alonso, Serxio Peres və Şarl Lekler yer alıblar.

“Formula-1” ulduzlarının real qazancı daha yüksək ola bilər, çünki reytinq tərtib edilərkən ekspertlər reklam müqavilələrini nəzərə almayıblar.

Mənbə: snob.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri