Dek
2023
19:24
145
28
2640
Virtual karabakh

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib - YENİLƏNİB + FOTO/VİDEO

3 Dek, 2023
19:24
2640

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

"Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.

Bu nəticə ilə "Neftçi" xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki "Zirə" isə 28 xalda qalıb.

Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.

17:20

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Oxu.Az-ın məlumatına görə, günün ilk oyunu Tovuzda baş tutub.

Ev görüşlərini orada keçirən “Kəpəz” “Sabah”ı qəbul edib. Uğursuz mövsüm keçirən bakılılar autsayder önündə sensasiyaya imkan verməyiblər. Murad Musayevin yetirmələri iki erkən qolla matçın taleyini həll ediblər. Əvvəlcə 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. 15-ci dəqiqədə Yeqor Xvalko avtoqol müəllifi olub.

Beləliklə, 2:0 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 19-a yüksəldib. “Kəpəz” isə 10 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Neftçi” - “Zirə” və dekabrın 4-də oynanılacaq “Qarabağ” - “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.

11:20

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçı Gəncədə baş tutacaq. Yerli “Kəpəz” “Sabah”ı qəbul edəcək. Autsayder mövqeyində qərarlaşan gəncəlilər sonuncu pillədən qurtulmaq niyyətindədirlər. Uğursuz mövsüm keçirən “Sabah” isə buna son qoymaq əzmindədir.

Daha sonra paytaxt derbisi oynanılacaq. Qeyri-sabit nəticələrlə diqqət çəkən “Neftçi” liderlər mövqeyində qərarlaşan “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələrinin mümkün qalibiyyəti rəqiblə aradakı xal fərqinin daha da böyüməsinə səbəb olacaq. Bu üzdən “ağ-qaralar” doğma arenada buna imkan verməməyə çalışacaq.

Premyer Liqa
XV tur
3 dekabr (bazar)

15:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu

17:00. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Neftçi Arena”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri