Dek
2023
23:30
87
12
1097
Virtual karabakh

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ” layiqli qələbə qazandı”

4 Dek, 2023
23:30
1097

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ” layiqli qələbə qazandı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim üçün çətin oyun oldu. “Qarabağ” meydanda istədiyimiz performansı göstərməyə imkan vermədi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Qarabağ”a (0:3) hesabı ilə uduzduqları matçdan sonra deyib.

43 yaşlı mütəxəssis komandasından daha dinamik oyun gözlədiyini bildirib:

“Amma qol epizodlarımız oldu. Hesab 0:1 olduğu zaman əlimizə düşən fürsətləri dəyərləndirsəydik, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. Ağdam təmsilçisi layiqli qələbə qazandı”.

Baş məşqçi ölkə çempionatında hər komandadan xal almağın mümkün olduğunu söyləyib:

“Kəpəz”lə matçı düşünmürdük. Diqqətimizi bu oyuna yönəltmişdik. Hər xal önəmlidir”.

E.Baxşıyev Ülvi İsgəndərovun bu mövsüm qol vurmaq baxımından çətinlik çəkdiyini vurğulayıb:

“Məşqlərdə çox çalışır. Ötən mövsüm oyunu daha uğurlu idi. Daha da artığını etməlidir ki, qollar vursun. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir”.

Təcrübəli baş məşqçi “Qəbələ”dən fərqli olaraq, “Qarabağ”ın heyətinin geniş olduğunu diqqətə çatdırıb:

“Bizim üçün ağır olacağı əvvəldən bilinirdi. Çünki heyətimiz geniş deyil. “Qarabağ”da isə belə problem yoxdur. Onlar üçün rotasiya etmək rahatdır”.

Mütəxəssis son olaraq “Qarabağ”ın vurduğu ilk qol barədə fikirlərini bölüşüb:

“Hələ qola baxmamışam. Rahat qol olmur. Rəqibin vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə, boşluqdan istifadə etdilər”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri