Dek
2023
02:34
59
17
3749
Virtual karabakh

Premyer Liqa: Yeddi qollu qarşılaşmada “Arsenal” son saniyədə sevindi - VİDEO

6 Dek, 2023
02:34
3749

Premyer Liqa: Yeddi qollu qarşılaşmada “Arsenal” son saniyədə sevindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının XV turunda lider “Arsenal” səfərdə “Luton”un qonağı olub.

Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 3:4 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 20-ci dəqiqədə G.Martinelli açıb. Beş dəqiqə sonra “Luton”un heyətində G.Oşo fərqlənərək hesaba tarazlıq gətirib.

İlk hissənin sonuncu dəqiqəsində G.Jesus yenidən “Arsenal”ı önə keçirib.

İkinci hissəyə fəal başlayan “Luton” ardıcıl iki qol vurmaqla hesabda dönüş yaradıb. 49-cu dəqiqədə E.Adebayo, 57-ci dəqiqədə isə R.Barkli fəqlənib.

Lakin meydan sahibləri üstünlüklərini cəmi üç dəqiqə saxlaya biliblər. K.Havertz 60-cı dəqiqədə hesabı bərabərləşdirib.

Azarkeşlər bundan sonra növbəti qol üçün qarşılaşmanın son saniyələrinə qədər gözləməli olublar. Son saniyədə fəqlənən D.Rays “Arsenal”a qələbə qazandırıb.

Qələbə sayəsində “Arsenal” xallarının sayını 36-ya çatdırıb və liderliyini bir qədər də möhkəmləndirib. “Luton” isə doqquz xalla 17-ci pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri