Dünyanın nəhəng liqalarında transfer mövsümünün açılış və bağlanış tarixləri açıqlanıb.
Məlumata görə, İngiltərə Premyer Liqasında transfer mövsümünə iyun ayının 14-də start veriləcək. Mövsümün son transfer günü isə avqust ayının 30-da saat 23:00-dək davam edəcək.
İspaniya La Liqasında, Almaniya Bundesliqasında, İtaliya A seriyasında və Fransa Liqa1-də transfer mövsümünə iyul ayının 1-də start veriləcək, avqustun 30-da isə yekun vurulacaq.
Qeyd edək ki, FIFA-nın 2002-ci ildə qəbul etdiyi qərara görə, komandalar transfer mövsümünə start verilmədən iki həftə öncə futbolçuların keçidini gerçəkləşdirə bilərlər.
Mənbə: Givemesport.com