Dek
2023
16:24
6
44
922
Virtual karabakh

Oyunçular xəstələndilər, qarşılaşma təxirə salındı

6 Dek, 2023
16:24
922

Oyunçular xəstələndilər, qarşılaşma təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül” (Laçın) - “Neftçi” oyunu təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) “Report”a verilən məlumata görə, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.

“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz - kəskin respirator xəstəlik) müşahidə edildiyi bildirilib.

Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ bəlli deyil.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri