İngiltərə Premyer Liqasında 15-ci turun son oyunu başa çatıb.
London derbisində “Tottenhem”lə “Vest Hem” üz-üzə gəlib.
Birincilərin arenasında keçirilən qarşılaşma ev sahiblərinin məğlubiyyətilə yekunlaşıb - 1:2.
Beləliklə də, 15 turdan sonra “Tottenhem” 27 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərar tutub. “Vest Hem” isə 24 xalla 9-cu yerdədir.
01:56
İngiltərə Premyer Liqasında (İPL) 15-ci tura yekun vurulur.
Turun bu gecə keçirilən son iki qarşılaşmasından biri artıq başa çatıb.
Çempionatın iddialı kollektivlərindən olan “Nyukasl” cari mövsümdə olduqca uğursuz çıxış edən “Everton”un qonağı olub.
Oyun əvvəlcədən gözlənilənlərin əksinə olaraq, ev sahiblərinin aşkar üstünlüyü ilə yekunlaşıb - 3:0.
Bu darmadağından sonra “Nyukasl” 26 xalla yarış cədvəlində 7-ci, onun rəqibi isə 10 xalla 17-ci yerdə qərarlaşıb.
Rəylər