Dek
2023
18:46
87
18
1795
Virtual karabakh

“Liverpul” geridönüş edərək liderliyə yüksəldi - VİDEO

9 Dek, 2023
18:46
1795

“Liverpul” geridönüş edərək liderliyə yüksəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Günün ilk matçında “Kristal Pelas” “Liverpul”u qəbul edib.

Qarşılaşmada hesabı penalti vuruşu ilə ev sahibləri açsalar da, sonadək mübarizə aparan qonaqlar geridönüş edərək hesabı öz xeyirlərinə dəyişməyi bacarıblar - 1:2.

Hərçənd, mersisaydlılar qolları “Kristal Pelas” 75-ci dəqiqədə azlıqda qaldıqdan sonra vurublar.

Bu nəticə sayəsində “Liverpul” 37 xalla oyun sayındakı üstünlük hesabına çempionatda ilk pilləyə yüksəlib. Onun rəqibi isə 16 xalla 14-cü yerdədir.

 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri