Fev
2024
17:32
46
8
914
Virtual karabakh

“Neftçi”nin legioneri zədəsini sağaldıb

8 Fev, 2024
17:32
914

“Neftçi”nin legioneri zədəsini sağaldıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin bir müddət əvvəl zədəli olan futbolçusu Kilan Lebon artıq komanda ilə məşqlərə qoşulub.

Bu barədə “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Onun nə vaxt məşqləri bərpa edəcəyi bir həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.

Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən yarımmüdafiəçi Ataa Caberin müalicə və reabilitasiyası davam edir.

Qeyd edək ki, “Neftçi” fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”ı qəbul edəcək. İlk matçda paytaxt klubu qələbə qazanıb - 3:2.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri