23 
Fev
2024
16:04
166
13
4276
Virtual karabakh

“Mançester Yunayted”in veteranı “Qarabağ”ın qələbəsindən danışdı - VİDEO

23 Fev, 2024
16:04
4276

“Mançester Yunayted”in veteranı “Qarabağ”ın qələbəsindən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubunun şərəfini qorumuş Con Oşi püşkatma mərasimindən əvvəl “Qarabağ”ın Avropa Liqasının 1/16 final mərhələsində sərgilədiyi oyunla bağlı fikirlərini bölüşüb.

Oxu.Az xəbər verir ki, o, “Qarabağ”ın Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdırmasını sürpriz adlandırıb.

“Çox böyük sürpriz idi. Onlar üçün möhtəşəm anlardır”, - deyə İrlandiya yığmasının sabiq futbolçusu bildirib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.

Xatırladaq ki, püşkatmanın nəticəsinə əsasən, “Qarabağ”ın 1/8 finalda rəqibi Almaniyanın “Bayer 04” klubu olub.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri