23 
Fev
2024
13:56
304
10
5964
Virtual karabakh

Lunyovun agenti “Qarabağ”ın zəfəri haqqında: “Ağzınızı yumun və Andreyin harada oynadığına baxın!”

23 Fev, 2024
13:56
5964

Lunyovun agenti “Qarabağ”ın zəfəri haqqında: “Ağzınızı yumun və Andreyin harada oynadığına baxın!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oyun hesabı unudulandır, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir!”

Bu barədə “Qarabağ”ın qapıçısı Andrey Lunyovun maraqlarını təmsil edən Anton Smirnov Azərbaycan klubunun zəfərinə münasibət bildirərkən deyib.

O, “Qarabağ”ın ümumilikdə 70 dəqiqə azlıqda oynadığını vurğulayıb:

“Onlara afərin, əlavə vaxtda da möhkəm dayandılar və qol vurdular”.

Smirnov klubla da, Andreylə də fəxr etdiyini deyib.

“Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. “Lunyov hara gedir, bu necə çempionatdır, necə komandadır?” deyənlərin hamısına cavab vermək istərdim: Ağzınızı yumun və tabloya baxın! Baxın və Lunyovun “Qarabağ”la harada oynadığını görün”, - deyə Smirnov əlavə edib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3 (ümumi 6:5)) olsa da, 1/8 finala yüksəlib.

Onu da qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilərinə görə “Qarabağ”ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır (37 “seyv”). Həmçinin “Köhlən atlar”ın braziliyalı yarımmüdafiəçisi Julio Romao Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan (27 dəfə) oyunçudur.

32 yaşlı Lunyov 2023-cü ilin yayından azad agent kimi keçdiyi “Qarabağ”da çıxış edir. Klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Daha əvvəl qapıçı “Zenit”, “Ufa” və “Torpedo” kimi komandalarda çıxış edib.

Mənbə: RB Sport

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri