25 
Fev
2024
01:20
144
26
2133
Virtual karabakh

“Qalatasaray” Türkiyə Futbol Federasiyası prezidentinin istefasını tələb edib - FOTO

25 Fev, 2024
01:20
2133

“Qalatasaray” Türkiyə Futbol Federasiyası prezidentinin istefasını tələb edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasının 27-ci turunda keçirilən “Fənərbaxça” – “Kasımpaşa” matçından sonra (2:1) “Qalatasaray” klubu oyunun son saniyələrində “Fənərbaxça”nın lehinə verilən penaltiyə sərt reaksiya verib.

“Cim-bom” rəhbərliyi hesab edir ki, hakimlər “Fənərbaxça”nın 3 xal qazanması üçün əlindən gələni edib və sonda hakim tərəfindən çıxarılan penalti qərarı ədalətsiz olub.

“Qalatasaray” yaydığı son bəyanatda baş verənlərə görə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşini günahkar bilərək onun istefasını tələb edib.

“Tarixin ən pis TFF prezidenti Mehmet Büyükekşinin bütün idarə heyəti ilə birlikdə dərhal istefa verməsini gözləyirik”, - “Qalatasaray” ın yaydığı bəyanatda qeyd olunur.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri