27 
Fev
2024
22:13
94
11
1110
Virtual karabakh

Azərbaycan Kuboku: “Xırdalan” “Cəlilabad”a qalib gəlib - YENİLƏNİB + FOTO

27 Fev, 2024
22:13
1110

Azərbaycan Kuboku: “Xırdalan” “Cəlilabad”a qalib gəlib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Basketbol üzrə Azərbaycan Kubokunda növbəti oyun keçirilib.

Oxu.Az xəbər verir ki, A qrupunda baş tutan ikinci matçda “Cəlilabad” və “Xırdalan” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində reallaşan görüş paytaxt klubunun qələbəsi ilə yekunlaşıb - 108:84

Günün ilk oyununda “Xəzri” “Sumqayıt”a 105:81 hesabı ilə qalib gəlib.

19:00

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun açılış oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, A qrupunda qərarlaşan “Xəzri” və “Sumqayıt” komandalarının qarşılaşmasında paytaxt klubunun 105:81 hesablı qələbəsi qeydə alınıb.

Ən məhsuldar basketbolçular “Xəzri”dən Ceremi Maklaflin (26 xal, 10 ribaund), “Sumqayıt”dan Smit Roderik (29 xal, 9 ribaund) olublar.

Qeyd edək ki, Azərbaycan Kubokunda günün ikinci oyunu saat 19:30-da “Cəlilabad” və “Xırdalan” komandaları arasında baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri