İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab matçı başa çatıb.
Bilbaodakı San Mames stadionunda yerli “Atletik” ilə Madrid “Atletiko”su üz-üzə gəlib.
Görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. Qolları İnyaki Uilyams (13), Niko Uilyams (42) və Qorka Quruseta (61) vurublar.
Xatırladaq ki, ilk yarımfinal görüşü də “Atletik”in 1:0 hesablı səfər qələbəsi ilə başa çatmışdı.
Beləliklə də, bu turnirin 1/4 final mərhələsində “Barselona”nı keçən Bilbao klubu indi də “Atletiko”nu məğlub edərək (iki matçın nəticəsinə görə 4:0) adını finala yazdırıb. Həlledici görüşdə onun rəqibi “Real Sosyedad”ı penaltilər seriyası ilə məğlub edən “Malyorka” olacaq.
Qeyd edək ki, İspaniya Kubokunun son qalibi “Real Madrid”dir.
Rəylər