Mar
2024
21:54
88
25
1858
Virtual karabakh

İngiltərə Premyer Liqası: Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb - VİDEO

3 Mar, 2024
21:54
1858

İngiltərə Premyer Liqası: Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 27-ci turunun “Mançester Siti” və “Mançester Yunayted” komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar “Etihad” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi qismində Endryu Madli çıxış edib. Start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənib. “Mançester Siti” 3:1 hesabı ilə qələbə qazanıb.

Artıq səkkizinci dəqiqədə Markus Reşfordun qolu sayəsində “qırmızı şeytanlar” hesabda önə keçiblər. 56-cı dəqiqədə “şəhərlilər” hesabı bərabərləşdirməyi bacarıblar. Filip Foden qola imza atıb. 80-ci dəqiqədə meydan sahiblərinin ingilis yarımmüdafiəçisi ikinci qolunu vurub. 90+1-ci dəqiqədə Erlinq Holand son nöqtəni qoyub - (3:1).

İngiltərə çempionatının 27 turundan sonra Qvardiolanın yetirmələri 62 xal toplayıb və liderlik edən “Liverpul”dan 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıblar. Öz növbəsində, İngiltərə Premyer Liqasında eyni sayda oyundan sonra “Mançester Yunayted” 44 xal qazanaraq altıncı yerdə qərarlaşıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri