Mar
2024
22:44
183
420
3097
Virtual karabakh

Türkiyə Superliqası: “Qalatasaray” doqquz illik aradan sonra səfərdə “Beşiktaş”ı məğlub edib - VİDEO

3 Mar, 2024
22:44
3097

Türkiyə Superliqası: “Qalatasaray” doqquz illik aradan sonra səfərdə “Beşiktaş”ı məğlub edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Superliqasının 28-ci turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.

Oyunu Halil Umut Melerin rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

Oyun erkən qolla başlayıb: artıq 2-ci dəqiqədə “Qalatasaray” Əl-Müsrətinin avtoqolundan sonra hesabda irəli çıxıb. Kərəm Dəmirbayın künc ötürməsindən sonra cərimə meydançasında yaranan qarışıqlıqda Əl-Müsrəti topu səhvən tora göndərib.

19-cu dəqiqədə “ağ-qaralar” hesabı bərabərləşdirməyə yaxın olublar: Milot Raşitsanın kornerdən atdığı top qapı tirinə dəyərək meydanı tərk edib.

40-cı dəqiqədə “sarı-qırmızılar” fərqi artırmağa cəhd etsə də, qapıçı Mert Günokun inamlı oyunu komandanı qoldan xilas edib. Bənzər epizod bu dəfə “Qalatasaray”ın qapısı qarşısında olub: 61-ci dəqiqədə qapıçı Muslera Gezzalın zərbəsini dəf edib.

88-ci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Omar Kolli sərt oyuna görə qırmızı vərəqə alaraq matçdan qovulub.

Beləliklə, oyun qonaqların minimal üstünlüyə ilə başa çatıb – 0:1.

Xatırladaq ki, “Qalatasaray” “Beşiktaş” səfərindən sonuncu dəfə doqquz il öncə 3 xalla qayıdıb.

Qeyd edək ki, 28 oyundan sonra “Qalatasaray” 75 xalla turnir cədvəlinin zirvəsindədir. Digər İstanbul təmsilçisi “Fənərbağça” isə 73 xalla onun ən yaxın təqibçisidir. “Beşiktaş” isə 46 xalla dördüncü pillədə qərarlaşıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri