"Lakeside hotel Şahdağ" teqi üzrə xəbərlər
Lakeside hotel Şahdağ turizm kompleksinin ərazisində yerləşir. Otelin interyeri Lahıcın ən məşhur misgərlərinin işləri - Lahıc mis sənəti nümunələri ilə bəzədilib.
Yeni oteldə qonaqların tam və məzmunlu istirahəti üçün geniş imkanlar yaradılacaq. Ümumilikdə burada 122 otaq olacaq.
Lakeside hotel Şahdağ-də idman zonası, Kids Care zonası, işgüzar tədbirlərin keçirilməsi üçün müasir konfrans zalı və iclas otağı, xizək idmanı həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək.
Burada ilk dəfə olaraq xizəkçilərin otelin yerləşdiyi əraziyə rahat çıxışını təmin edən MegaCord birləşdirici lifti fəaliyyət göstərəcək. Bu lift Lakeside hotel Şahdağ ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.
Şahdağın füsunkar təbiəti və yeni otelin göstərəcəyi xidmətlər qonaqların istirahətini unudulmaz edəcək. Otelin qarşısındakı təbii gölə açılan möhtəşəm mənzərə, ətrafındakı müxtəlif restoran və kafelər qonaqların istirahətinə xüsusi rəng qatacaq.
Qeyd edək ki, yeni Lakeside hotel Şahdağ-in interyer dizaynında milli naxışlara üstünlük verilib. Əl işi olan Qarabağ xalçasının ağacdan hazırlanmış nümunəsi otelin interyer bəzəklərindən biri olacaq.
Oteldə qonaqların istifadəsinə 250 nəfərlik restoran veriləcək.
Bildirildi ki, tikinti işlərinin ikinci mərhələsində otelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının yaradılması nəzərdə tutulur.