12 
Mar
2019
13:59
67
25
2845
Virtual karabakh

Turizmlə bağlı qanun dəyişdirilir

12 Mar, 2019
13:59
2845

Turizmlə bağlı qanun dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turizm haqqında” mövcud qanuna dəyişiklik təklif olunur.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında müzakirə olunub.

Qanuna təklif edilən dəyişikliyə görə, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bundan başqa, dəyişikliyə əsasən, mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmayacaq.

Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər ediləcək.

300 nəfərdən çox tutumu olan mövcud turizm və rekreasiya obyektlərinin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmalıdır. 

Həmin obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların trans-sərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin trans-sərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunacaq.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri