Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ümumdünya İqtisadi Forumunun hesabatı açıqlandı: Azərbaycan Ermənistandan irəlidədir
Azərbaycan Ümumdünya İqtisadi Forumunun "Turizm və səyahətin rəqabət qabiliyyəti" adlı hesabatında 140 ölkə arasında 71-ci yeri tutub.
Oxu.Az xəbər verir ki, hesabat iki ildə bir dəfə yayımlanır və indeks özündə 10 komponenti birləşdirir.
Onlar arasında işgüzar mühit, təhlükəsizlik, insan resursu, qiymətlərin rəqabət qabiliyyəti, ekoloji davamlılıq, infrastrukturun inkişafı, təbiət və mədəniyyət resursları var.
İndeksə əsasən, Azərbaycan 10 komponent üzrə 3,8 bal toplayıb.
Qonşu ölkələrdən Rusiya 39-cu, Türkiyə 43-cü, Gürcüstan, 68-ci yerdə qərarlaşıb. Ermənistan siyahıda 78-ci yerdədir.
Reytinqə İspaniya, Fransa, Almaniya, Yaponiya və ABŞ başçılıq edir.
Siyahıda sonuncu yerləri Liberiya, Çad və Yəmən tutub.
"Almaniya" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rəylər