24 
Noy
2023
11:26
24
45
1619
Virtual karabakh

Novruz Quliyev: “Bəzi akademiklər hotellərin qapısının haradan açıldığını bilmirlər”

24 Noy, 2023
11:26
1619

Novruz Quliyev: “Bəzi akademiklər hotellərin qapısının haradan açıldığını bilmirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda 10 ali təhsil müəssisəsində turizm üzrə tədris keçirilir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və Restoran Biznesi kafedrası tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi praktiki seminarda çıxış edən kafedranın müdiri Novruz Quliyev deyib.

O, bu istiqamətdə müəssisələrlə birgə çalışılmazsa, kadr çətinliyi yarana biləcəyini düşündüyünü deyib:

“Biz düşündük ki, turizm ixtisasının tərkibində bir neçə əlavə fənn də keçirilməlidir. Müasir dövrün tələblərinə uyğun fənlərə bu ixtisasın tədrisində üstünlük vermək daha doğru olar. Bunun üçün müzakirələr aparılmalıdır. Gənclər 4 il təhsil alır, amma sonra iş tapa bilmirlər. Biz bu istiqamətdə Türkiyə və bir çox Avropa ölkələrinin praktikasını araşdırdıq. Aparılan bu araşdırmaların nəticələrini mütəxəssislərimizlə də müzakirə etdik. Bizim tədris aparan müəllimlərimiz hotellərdə təlimlərdə iştirak etməlidirlər və ixtisas artımı olmalıdır.

Bəzi hotelçilik üzrə dərs deyən akademiklər heç hotellərin qapısının haradan açıldığını bilmirlər. Bu gün hotellərdə əsas problemlərdən biri ixtisasını anlamamaq və xidmət sektorunu bilməməkdir. Bu sahədə mərhələli şəkildə irəli getmək üçün hoteldə ən aşağı xidmət sektorundan başlanılmalıdır. Bunu pis qəbul etmək lazım deyil. Məhz bu səbəbdəndir ki, bu universiteti bitirən şəxslər “mən ali təhsilliyəm, hoteldə təmizlik sektorunda çalışım?” deyə soruşurlar. Burada iştirak edən mütəxəssislər, müəssisə rəhbərləri, ümumiyyətlə heç kim birdən-birə hotel rəhbəri olmayıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri