Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ tarif müharibələri fonunda xarici turistləri itirir
Ən çox ziyarət edilən üç ölkədən biri olan ABŞ bu il turist axınının azalması ilə üzləşib.
Oxu.Az xəbər verir ki, "Tourism Economics"in məlumatlarına görə, gözlənilən 9 faiz artım əvəzinə xarici turistlərin sayı ən azı 5,5 faiz azalıb.
Əsas səbəb kəskinləşən ticarət və tarif münaqişələridir ki, bu da 2025-ci ildə turist xərclərinin 18 milyard dollar azalmasına səbəb ola bilər.
Ən çox azalma ABŞ üçün əsas turist mənbəyi olan Kanada, Avropa və Meksikadan gələn şəxslərlə bağlıdır.
Eyni zamanda, bəzi bölgələrdən gələn turistlərin sayında artım müşahidə olunur. Yaxın Şərqdən turist axını 18 faiz, Türkiyədən 51 faiz, Səudiyyə Ərəbistanından 26 faiz, Qətərdən isə 25 faiz artıb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Qətərin "Boeing" təyyarəsi son 24 ildə ABŞ prezidentinə verilən ən bahalı hədiyyə olacaq
- Məşhur nəşr Baydenin postunda olduğu vaxtlardan yazdı: Köməkçilərinin adlarını unudurdu
- Avropa İttifaqı Türkiyə ilə daha sıx əməkdaşlıq etmək məcburiyyətindədir
- ABŞ-də 20 ştat Tramp administrasiyasını məhkəməyə verdi
- Ər-Riyadda ABŞ və Körfəz ölkələrinin sammiti başlayır