Azərbaycanla Avropa İttifaqına daxil olan ölkələr arasında viza rejiminin ləğv olunması məsələsi əsas müzakirə mövzularındandır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev turizm.fins.az-a bildirib.
Nazirlik rəsmisi bu sahədə müzakirələr aparıldığını vurğulayıb.
H.Hacıyev qeyd edib ki, vizasız rejimin nə vaxt öz həllini tapacağı barədə hələlik bir nəticə yoxdur.
S.B.
www.oxu.az