Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycana gələn turistlərin sayı 34% artıb
“Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 turist gəlib”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib.
O bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur:
“Avqust ayında 200 min 138 nəfər səyahət edib. Bu da keçən ilin analoji dövrünə nisbətən 16 faiz artım deməkdir”.
“Avqustda ən çox Rusiya (51 019), Türkiyə (30 211), İran (15 038), Səudiyyə Ərəbistanı (14 173) və Hindistandan (10 248) turistlər ölkəmizə səfər edib”, - deyə o əlavə edib.
İlhamə Əbülfət
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb
- Hindistanda qadın mobil telefon udduqdan sonra ölüb
- Hindistanda qatarda yanğın şayiəsi 12 nəfərin həyatına son qoydu
- Bollivud ulduzu bıçaqlı hücumdan sonra xəstəxanadan buraxıldı
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
Ən çox oxunanlar
Rəylər