Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fuad Nağıyev: "Turizm sənayesi COP29-a tam hazırdır"
"Bu il COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməyimiz bu məqamların əhəmiyyətini daha da artırır".
Oxu.Az xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O qeyd edib ki, qarşıda duran əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir:
"COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri təqdim olunub.
Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi tədbirə tam hazırdır.
Ümid edirik ki, iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellər də tezliklə ulduz təsnifatını uğurla başa vuran hotellərin sırasına qoşula biləcəklər.
Ulduz təsnifatı regionlar üzrə də davam edəcək".
F.Nağıyev sonda qeyd edib ki, hotelçilik sənayesi pandemiya dövründə də, Vətən müharibəsi dövründə də yüksək sosial məsuliyyət nümayiş etdirib, dövlətin çağırışlarına daim dəstək olub:
"İnanırıq ki, COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün əlindən gələni əsirgəməyəcək".
Nəzrin Vahid
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib
Rəylər