“Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya yerinə yetirilən aviareyslərə olduqca böyük tələbat var”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.
“Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya 100 əlavə reysin yerinə yetirilməsinə icazə verilib”, - deyə o bildirib.
U.A.
www.oxu.az