22 
Sen
2016
14:46
313
21
7417
Virtual karabakh

Azərbaycanda müəllim şəhidə heykəl qoydu – FOTO

22 Sen, 2016
14:46
7417

Azərbaycanda müəllim şəhidə heykəl qoydu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli qoyulub.

Oxu.AzQafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan S.Kaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən qoyulub.

R.Qarayev açıqlamasında bildirib ki, S.Kaçayevin heykəlini yaratmaq öz təşəbbüsləridir: 

“Samir mənim dostum olub. Heykəl hazırdır, Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq”.

R.Qarayev deyib ki, heykəli 5 ay ərzində hazırlayıb: “İki gün öncə bitirmişəm”.

Qeyd edək ki, S.Kaçayev bu il aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri