Mədəniyyət Nazirliyinin tabeliyində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrına yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, Gümrah Ömər teatrın yeni baş rejissoru təyin edilib.
Digər bir təyinatla, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə yeni rəis seçilib. Bu vəzifəyə Nail Məmmədov təyinat alıb.
Qeyd edək ki, o, bundan əvvəl Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi olub.