Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Müdafiə Nazirliyi: "Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb"
Martın 30-u saat 21:25-də Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.
"Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub", - məlumatda qeyd olunur.

"Erməni təxribatı" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Ermənistanın Tərtər və Bərdəni raketlərlə vurmasından dörd il ötür
- Bu xəbərləri qaçırmayın: 07.10.2024-ün ən mühüm hadisələri
- Ermənistan və Aİ missiyasından Azərbaycana qarşı növbəti təxribat