22 
Noy
2018
14:19
18
244
4612
Virtual karabakh

Rusiya XİN: Hər şeyi Bakı və Yerevan razılaşdırmalıdır

22 Noy, 2018
14:19
4612

Rusiya XİN: Hər şeyi Bakı və Yerevan razılaşdırmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn istənilən təşəbbüsləri alqışlayır, ancaq münaqişə tərəfləri hər şeyi özləri razılaşdırmalıdır. 

Oxu.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. 

Bundan əvvəl verilən məlumatlarda Azərbaycanın Ermənistana əsirləri dəyişdirilmə təklifi etdiyi bildirilirdi. 

Bakının təklifini şərh edən Zaxarova deyib ki, Moskva münaqişənin həllinə yönələn tərəflər arasında istənilən razılaşmaları dəstəkləyəcək. 

“Ancaq razılaşma qarşılıqlı fəaliyyətdən ibarətdir. Təşəbbüs çox gözəldir, amma o, bütün tərəflərin razılığı ilə reallaşdırılmalıdır”, - XİN nümayəndəsi qeyd edib. 

O, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyib. Nazirlərin görüşü bu ilin dekabrında Milanda ATƏT-in xarici işlər nazirlərinin iclası çərçivəsində baş tuta bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri