26 
Noy
2018
14:56
347
17
6061
Virtual karabakh

Jan Şarden: Yerevanın qədimliyi ilə bağlı heç bir iz yoxdur - VİDEO

Erməni tarixçilər tez-tez XVII əsrdə fransalı səyyah Jan Şardenin Ermənistana səyahəti ilə bağlı yazdıqlarından sitat gətirir, ancaq heç vaxt onun mətnini tam yayımlamır. 

Oxu.Az xəbər verir ki, bu boşluğu doldurmaq üçün ukraynalı araşdırmaçı, tarixçi, tanınmış bloqer (milliyyəti erməni olan) Filipp Ekozyans araşdırmaları zamanı Şardenin məktublarının orijinallarını tapmağa müvəffəq olub. 

Bu məktublar sayəsində tarixçi müəyyən edib ki, ərəb yürüşlərinə qədər bu torpaqlarda Yerevan mövcud olmayıb. Bundan başqa, Jan Şarden təsdiqləyib ki, onun vaxtında erməni dilinin yeni yarandığı müəyyən edilib. 

Ekozyansın sözlərinə görə, Ermənistan tarixi uzun müddətdir ki, qeyri-adi materiallar üzərində qurulur və bütün bunlar insanları həmin tarixə inanmağa məcbur edir. 

Bir çox erməni nəşrlərində və sənədli filmlərində göstərilir ki, Jan Şarden guya “Yerevanın dünyanın ən qədim yaşayış məntəqəsi olduğunu və Nuh peyğəmbərin subasmadan əvvəl ailəsi ilə burada qaldığını” yazıb. 

Ekozyans bildirib ki, Şarden, həqiqətən də, bunu deyib, ancaq bu mətn məhz burada qırılır. 

“Bütün bu fikirlər heç bir fakta əsaslanmır. Bu da şübhə yaradır. Çünki həmin tarix deyir ki, “Yerevan” sözü erməni dilindəki “görür” felindən götürülüb. Ancaq hamıya məlumdur ki, erməni dili müasir, yeni dildir və o, 700 il əvvəl məlum olmayıb.

Fars tarixində biz Yerevan adına rast gəlmirik. Düşünmürəm ki, bu şəhər ərəb yürüşlərinə qədər mövcud olub. Çünki Yerevanda dərin tarixi izlərə rast gəlinmir”, - Ekozyans bildirib.

Ə.Ş.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri