Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İki uşağı olanlar hərbi xidmətə çağırılmasınlar – Deputat məsələ qaldırdı
Milli Məclisin iclasında deputat Siyavuş Novruzov üç uşaq atasının hərbi xidmətə çağırılmamasından danışıb.
Oxu.Az-ın məlumatına görə, S.Novruzov bildirib ki, indi iki uşağı da saxlamaq çətindir.
“Qanuna görə, üç uşağı olan atalar hərbi xidmətə aparılmırlar. Lakin indi iki uşağı saxlamaq da asan deyil. Təsəvvür edin, kişi iki uşağını və həyat yoldaşını qoyub hərbi xidmətə gedir.
Qanuna dəyişiklik edilməlidir ki, iki uşağı olan atalar hərbi xidmətə çağırılmasınlar”, - deyə S.Novruzov əlavə edib.
S.Novruzov onu da bildirib ki, Azərbaycanda alternativ hərbi xidmət haqqında da qanun qəbul edilməlidir.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları
- Müstəqilliyin Konstitusiya Aktı: Azərbaycanın yol xəritəsi
- Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?
Rəylər