27 
Okt
2020
06:30
1165
26
10845
Virtual karabakh

Türkiyədən Minsk Qrupuna Qarabağla bağlı ÇAĞIRIŞ - VİDEO

27 Okt, 2020
06:30
10845

Türkiyədən Minsk Qrupuna Qarabağla bağlı ÇAĞIRIŞ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ilə Ermənistan arasında elan edilən humanitar atəşkəsin yerinə yetirilməsi üçün Minsk Qrupu beynəlxalq hüquqa uyğun davamlı həlli hədəfləyən, nəticə yönümlü danışıqlar prosesinə başlamalıdır.

“Anadolu” agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. 

Aksoy son bir ayda əldə edilən üç humanitar atəşkəsin Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırıb.

“Ötən gün əldə edilən humanitar atəşkəs də Ermənistan tərəfindən pozuldu. Ermənistan cəbhə xəttindəki Azərbaycan ordusunun bölmələrini, eləcə də döyüşlərin getdiyi bölgədən uzaqda yerləşən Azərbaycanın dinc sakinlərin yaşadığı ərazilərə hədəfə alaraq, hücumlar həyata keçirib. Ermənistanın atəşkəs razılaşmalarını pozmasını nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa uyğun nəticə yönümlü müzakirə müddəti başlamalıdır. Düşünürük ki, elan ediləcək atəşkəslər ancaq bunun sayəsində davamlı ola bilər”.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri