Sen
2015
21:41
280
33
8404
Virtual karabakh

“GlobalFirepower”: Azərbaycan ordusu regionun ən güclüsüdür

6 Sen, 2015
21:41
8404

“GlobalFirepower”: Azərbaycan ordusu regionun ən güclüsüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sonuncu 126-cı yeri Somali tutub.

“GlobalFirepower” dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb. 

Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, reytinqi tərtib edənlər ölkənin nüvə silahının olub-olmamasına, siyasi-iqtisadi amillərə diqqət etmədiklərini qeyd ediblər. 

Həmçinin, dənizə çıxışı olmayan ölkələr üçün Dəniz Donanması faktorunu ciddiyə almaylblar.

Reytinq siyahısına görə, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır – 63-cü yer. Ermənistan ordusu 74, Gürcüstan Silahlı Qüvvələri isə 75-ci yerə layiq bilinib. İran 23-cü yerdədir. 

Sırada birinci yer isə ABŞ-a məxsusdur, ikinci yerdə Rusiya qərarlaşıb. 1-ci beşliyə habelə Çin, Hindistan və Böyük Britaniya daxildir.

Bir vaxt dünyanın ən güclü ordularından sayılan İsrail ordusu bu ölkələri - Türkiyə (6-cı yer), Yaponiya, Almaniya, Cənubi Koreya və Fransanı qabaqda buraxaraq, 11-ci pillədə qərarlaşıb.

Sonuncu 126-cı yeri Somali tutub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri