Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gəncədə intihar edən gənc şəhidin qardaşı oğludur
Gəncə şəhərində intihar edən Ümid Əlizadə şəhid Anar Əlizadənin qardaşı oğludur.
Oxu.az "Teleqraf"a istinadən xəbər verir ki, A.Əlizadə Vətən müharibəsi dövründə - 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həyat yoldaşı Nurçin Əlizadə ilə birlikdə şəhid olub.
Onlar əslən Şəmkir rayonunun Çinarlı kəndindəndirlər. Anar Əlizadə ailəsi ilə birlikdə Gəncədə yaşayıb. Beş il əvvəl düşmənin raket hücumu zamanı onların evi dağılıb. Ailənin sağ qalan üzvlərinə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncədəki yaşayış kompleksində mənzil verilib.
22 yaşlı Ümid Yalçın oğlu Əlizadə yanvarın 13-də burada intihar edib. O, evin tək oğul övladı olub və bu yaxınlarda atası ilə birlikdə Moskva şəhərindən Azərbaycana qayıdıb. Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Ü.Əlizadənin heç bir pis vərdişi olmayıb.
Mərhum ata-baba yurdu olan Şəmkir rayonunun Çinarlı kəndində torpağa tapşırılıb.
Ü.Əlizadənin intihar faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Gəncədə intihar edən 22 yaşlı gənci Şəmkirdə son mənzilə "Zəminxarə" musiqisinin sədaları altında yola salıblar.
Oxu.Az xəbər verir ki, vida mərasimində həyatına son qoyan Ümid Əlizadənin ailə üzvləri və yaxınları iştirak ediblər.
Onun tabutunu "gəlin maşını" müşayiət edib.
Xatırladaq ki, Gəncə şəhər sakini yanvarın 13-də yaşadığı binada özünü asıb.
Məhərrəm Əliyev
Rəylər