Dek
2017
12:21
18
127
4580
Virtual karabakh

ABŞ səfirliklərindən Qüds xəbərdarlığı: Ehtiyatlı olun

7 Dek, 2017
12:21
4580

ABŞ səfirliklərindən Qüds xəbərdarlığı: Ehtiyatlı olun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Yaxın Şərq və bir sıra Avropa ölkələrindəki səfirlikləri ölkə prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarını elan etdikdən sonra vətəndaşlarını mümkün etiraz aksiyaları barədə xəbərdar edib.

Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, D.Trampın bəyanatından sonra ABŞ-ın Türkiyə, İordaniya, Almaniya və Böyük Britaniyadakı səfirlikləri öz rəsmi saytlarında  amerikalıları ehtiyatlı olmağa çağıran xəbərdarlıq yerləşdiriblər.

ABŞ-ın Ankaradakı səfirliyi diplomatik missiyanın binasının yaxınlığında, eləcə də, İstanbuldakı konsulluğun yanında etiraz aksiyaları keçiriləcəyini gözləyir.

ABŞ-ın Əmmandakı səfirliyi dekabrın 7-də səfirliyin bağlı olacağını bildirib və əməkdaşlarına paytaxtı tərk etməyə qadağa qoyub. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri