ABŞ-ın F-35B Lightning II qırıcısı Somali hava məkanında kəşfiyyat xarakterli uçuş həyata keçirib.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, beşinci nəsil qırıcı yaxın günlərdə Əfqanıstanda real döyüş şəraitində sınaqdan keçiriləcək.
Qırıcıdan silahlıların mövqelərinə aviazərbələrin endirilməsi üçün istifadə olunacaq.
Beləliklə, Əfqanıstan missiyası F-35 üçün real döyüş şəraitində imkanlarını nümayiş etdirmək üçün ilk fürsət olacaq.
Rəylər