13 
May
2022
13:36
242
11
3327
Virtual karabakh

Ukrayna ordusunun Zmeyinıda işğalçılara vurduğu zərərin peyk görüntüləri - FOTO

13 May, 2022
13:36
3327

Ukrayna ordusunun Zmeyinıda işğalçılara vurduğu zərərin peyk görüntüləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maxar Technologies” Zmeyinı adası yaxınlığındakı ərazinin yeni peyk görüntülərini dərc edib.

Rusiyanın “Vsevolod Bobrov” gəmisinin sıradan çıxarıldığı Qara dənizin bu hissəsində dərc olunan fotolarda Rusiya donanmasına vurulan ziyanlar görünür.

Peyk həmçinin Ukrayna müdafiəçilərinin düşmən donanmasının qayıqlarına zərbələrini da lentə almağa müvəffəq olub. Hücum mayın 12-də cümə axşamı baş verib.

Görüntülərdə “Serna” sinifli desant gəmisinin yaxınlığında bir neçə tüstü şleyfi aydın görünür. Katerlərdən biri, çox güman ki, zərbədən yayınmağı bacarıb – onun kəskin dönüşü birbaşa kosmosdan lentə alınıb.

Həmçinin Zmeyinı sahillərində kranı olan barj görünür. Çox güman ki, texnika Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbələri ilə batırılan gəmiləri Qara dənizin dibindən qaldırmaq üçün gətirilib.

Barjın yaxınlığında, suyun altında “Serna” sinfindən olan başqa bir gəminin konturları aydın görünür. Onun hansı şəraitdə batdığı məlum deyil. Qeyd edək ki, daha əvvəl Odessa rəhbərliyi Zmeyinı adasının yaxınlığında Rusiyaya məxsus desant katerinin məhv edilməsi, eləcə də helikopterin birbaşa vurulmasını təsdiqləyib.

Ümumiyyətlə, ada artıq Rusiya hərbi gəmilərinin əsl “qəbiristanlığı”na çevrilib – ukraynalı müdafiəçilər mütəmadi olaraq kəşfiyyat “reydləri” həyata keçirir və imkan daxilində düşmən texnikasını vururlar.

Mənbə: Telegraf

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri