13 
Avq
2022
15:10
15
374
4856
Virtual karabakh

Ermənilərdən Türkiyədə təxribatçı addım - FOTO

13 Avq, 2022
15:10
4856

Ermənilərdən Türkiyədə təxribatçı addım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın “5165” hərəkatının üzvü Karin Tonoyan Türkiyəyə məxsus olan Ağrı dağının zirvəsinə çıxıb. Bu barədə hərəkatın “Facebook” səhifəsində məlumat verilib.

Hadisə “köhnə erməni təqvimi”nə görə, avqustun 11-də qeyd olunan yeni ildə baş verib.

Karin Tonoyan 44 günlük müharibədə ölən oğlunun hərbi geyimində zirvəyə qalxaraq orada Ermənistan bayrağını açıb. 

Qeyd edək ki, Ermənistan heç bir əsası olmadan Ağrı dağı ilə bağlı iddiadadır. Bu məqsədlə hətta öz gerbi və digər dövlət əhəmiyyətli rəmzlərində bu dağın təsvirini əks etdirib. Zaman-zaman isə bu ölkənin vətəndaşları dağa dırmaşaraq öz bayraqlarını sancmaqla provokativ hərəkətlərə yol verirlər.

Yeri gəlmişkən, Türkiyədə və dünyada alpinizm və turizm baxımından xüsusi əhəmiyyət kəsb edən Ağrı dağı altı il dırmanış üçün bağlı olub və 2021-ci ilin fevralında açılıb. Açılışdan sonra fürsət tapan kimi ermənilərin bu cür təxribatçı davranışları əslində açıq şəkildə Türkiyədən torpaq tələbidir. Deyəsən, ermənilərə yaşadıqları ərazi çox böyüklük edir. Xatırladaq ki, onlar 2010-cu ildə Ağrı dağına qondarma bayraq sancmışdılar. 44 günlük müharibə ilə onların Qarabağ iddiaları əbədi puç oldu. Unudurlar ki, hazırda yaşadıqları ərazilər tarixi Azərbaycan torpağıdır. Atdıqları təxribatçı addımlar onlara baha başa gələ bilər.

Emilya Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri