Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Diananın evliliyini pozan Kamillanın və “yad qızı” Meqanın uşaqlarının statusu bəlli oldu - FOTO
Bir vaxtlar Uels şahzadəsi Diananın evliliyini pozmaqda qınanan Kamilla həyat yoldaşı kral III Çarlzın tacqoyma mərasimində yanında kraliça kimi yerini alacaq.
Məlumata görə, bu, kraliça II Elizabetin cari ilin fevralında taxta çıxmasının 70 illik yubileyi ərəfəsində dilə gətirdiyi səmimi istəyi olub. II Elizabet Çarlzın taxta çıxmasından sonra onun həyat yoldaşının kraliça-konsort kimi tanınmasını istədiyini bildirib.
“Vaxtı gələndə oğlum Çarlz kral olacaq. Əminəm ki, ona və xanımı Kamillaya mənə verdiyiniz dəstəyi göstərəcəksiniz; və mən səmimi qəlblə arzu edirəm ki, o vaxt gələndə Kamilla sadiq xidmətini davam etdirdiyi üçün kraliça-konsort kimi tanınsın”, - deyə kraliça həmin vaxt yazmışdı.
Qeyd edək ki, mərhum şahzadə Diana müsahibələrinin birində Çarlzla evlilik müddətində ərinin Kamilla ilə uzun müddət davam edən sevgi münasibətinə görə “bu evlilikdə üçümüz var idik” deyə şikayət etmişdi. Bundan sonra Kamilla Britaniya ictimaiyyəti tərəfindən uzun müddət qınağa məruz qalmışdı.
Bundan əlavə, 2020-ci ilin aprelindən etibarən Britaniya kral ailəsinin üzvləri olmaqdan çıxan şahzadə Harri və həyat yoldaşı Meqan Marklın uşaqları Arçi Mauntbetten-Vindzor və Lilibet texniki olaraq şahzadə sayılırlar. Qeyd edək ki, ABŞ-a köçmək, işləmək və bizneslə məşğul olmaq hüququnu əldə etmək üçün onlar “əlahəzrət kral” titulundan, hökumətin maliyyələşdirməsindən və “Sussex Royal” ticarət nişanından imtina etməli olmuşdular.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də övladları və nəvələrinin əhatəsində Şotlandiyanın Balmoral qəsrində vəfat edib.
Mənbə: Gazeta.ru
Mövzuya aid xəbərlər
- Böyük Britaniyanın yeni kralının rəsmən taxta çıxacağı vaxt bəlli oldu - VİDEO
- Britaniyanın yeni kralı III Karl təxəllüsünü götürdü
- Böyük Britaniya kraliçası II Elizabet vəfat edib - YENİLƏNİB + FOTO/VİDEO
- II Elizabet şahzadə Harrini qızının adına görə bağışladı
- II Elizabetdən nəvəsi Harriyə sərt qadağa