17 
Apr
2015
16:48
76
30
2091
Virtual karabakh

Lukaşenko Qərbi seçir

17 Apr, 2015
16:48
2091

Lukaşenko Qərbi seçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir çox istiqamətlər var”.

Belarus Qərblə bir sıra istiqamətlər üzrə daha sıx əməkdaşlıq etməkdə olduqca maraqlıdır. 

Oxu.Az Belta-ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanla görüşdə bəyan edib. 

Dövlət başçısı deyib ki, Belarus və Aİ son zamanlar intensiv dialoq aparır, yeni istiqamətlər və qarşılıqlı maraqlar yaranıb. 

Lukaşenko əlavə edib ki, Belarus Aİ ilə texnologiya sahəsində əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Onun fikrincə, iqtisadiyyat istənilən əməkdaşlıq və münasibətlərin fundamenti olmalıdır.  

“Əməkdaşlığın bir çox istiqamətlər var”, - Lukaşenko deyib. 

O, Aİ-yə Belarusla əməkdaşlıq perspektivlərini nəzrdən keçirməyi təklif edib. 

“Bu məsələ gələcəkdə Avropa Birliyi ilə münasibətlərlə bağlı siyasətimizi qaydaya salmaq, bəlkə də qurmaq üçün məni daha çox maraqlandırır”, - Lukaşenko vurğulayıb.  
 
www.oxu.az  

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri