24 
Apr
2015
18:48
193
16
2172
Virtual karabakh

Ərdoğan: Türkiyə bütün dünyada sülhün hakim olmasına çalışır

24 Apr, 2015
18:48
2172

Ərdoğan: Türkiyə bütün dünyada sülhün hakim olmasına çalışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Çanaqqalada rəsmi mərasimdə çıxış etdi.

Bu kiçik yarımadada, burada yatan yüz minlərlə gəncin xatirəsi önündə, hamımızın adından sülhün, rifahın bütün dünyaya hakim olmasına çalışmaq niyyətində olduğumuzu bir daha bəyan edirəm.

Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunmuş tədbirdə bildirib.  
 
“Bu torpaqlarda yatan hər gənc artıq bizim qonağımız yox, övladımızdır. Bu gün burada sadəcə bu və ya digər millətin itkilərini deyil, bu torpaqda canından keçmiş bütün əsgərləri xatırlayırıq”.
 
Çanaqqaladakı xoş mühitin bütün dünyaya örnək olmasını vurğulayan Ərdoğan sözlərinə davam edib:  

“Ümumi kədəri yeni düşmən qazanmağa deyil, dostluq, sevginin, sülhün vasitəsinə çevirmək ümidi ilə Çanaqqalanın bütün dünyaya, bütün toplumlara nümunə olmasını arzu edirəm. 

Dünyada sülh və rifah üçün buradakı dostluq mühitinin bütün ölkələr, bütün millətlər və cəmiyyətlər tərəfindən dəstəklənməsi tələb olunur. Terrorizm, irqçilik, islamafobiya və hər növ nifrətin çarəsi məhz buradadır”.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri