Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

SAXAL İsrailə hücumun təşkilatçılarından olan “Nuhba” yaraqlılarının rəhbərini məhv etdi - YENİLƏNİB + VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının hava-desant bölməsinin lideri, “Nuhba” komandosunun rəhbəri Murad Əbu Muradın Qəzza zolağında məhv edildiyini bildirib.
Murad oktyabrın 7-də İsrailə hücumun əsas təşkilatçılarından biri hesab olunur.
O, HƏMAS-ın Qəzzadakı əməliyyat qərargahına endirilən zərbə nəticəsində öldürülüb.
SAXAL-dan həmçinin bildirilib ki, eyni vaxtda HƏMAS-ın Qəzza zolağının müxtəlif ərazilərində yerləşən onlarla hərbi obyektə də zərbələr endirilib.
Mənbə: mk.ru
11:36
İsrail qırıcıları cümə günü Qəzza zolağında bir neçə hədəfə zərbələr endirib, onlarla fələstinli HƏMAS yaraqlısını məhv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
“SAXAL Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirməkdə davam edir və onlarla “Nuhba” terrorçusunu məhv edib”, - deyə müdafiə qurumunun sosial şəbəkə hesabından bildirilib.
Bəyanatda deyilir ki, “Nuhba” yaraqlıları ötən şənbə (oktyabrın 7-də) İsrailə sızmağa rəhbərlik edən aparıcı qüvvələrdən biri idi.
"Fələstin" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR
- Trampın fələstinlilərin köçürülməsi təklifinə Çin etiraz etdi
- "Haber Global": "Səudiyyə Ərəbistanı Trampın yalanını üzə çıxardı"
- İsrail 180-dən çox fələstinli məhbusu azad edib