Noy
2023
17:32
197
22
1365
Virtual karabakh

Ərdoğan: “Türkiyə Qəzzadakı vəziyyətlə bağlı qarant olmağa hazırdır”

4 Noy, 2023
17:32
1365

Ərdoğan: “Türkiyə Qəzzadakı vəziyyətlə bağlı qarant olmağa hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ankara Qəzzadakı vəziyyətlə bağlı qarant ola bilər”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırdığı zaman deyib.

O, Kipr üzrə qarant olan Yunanıstanı, Böyük Britaniyanı misal çəkib və qeyd edib ki, Türkiyənin Qəzzada qarant ölkə olması təbii haldır.

“Biz Türkiyə olaraq aparıcı rolu öz üzərimizə götürməliyik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti bunun tarixi, bu günü və gələcəyi praktiki olaraq formalaşdıracağını vurğulayıb. 

Ərdoğan, həmçinin bildirib ki, hadisələrin inkişafı vəziyyəti İsrailin zərərinə daha da dəyişdirə bilər.

Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri