10 
Noy
2023
04:20
149
4
896
Virtual karabakh

Nepalda nazirlər maaşlarını zəlzələdən zərər çəkənlərə bağışlayacaqlar

10 Noy, 2023
04:20
896

Nepalda nazirlər maaşlarını zəlzələdən zərər çəkənlərə bağışlayacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nepalın baş naziri Puşpa Kamal Dahal və onun kabinetinin nazirləri noyabrın əvvəlində Himalay əyalətinin qərbində baş verən zəlzələdən zərər çəkənlərə bir aylıq maaşlarını bağışlayacaqlar.

Zəlzələlər nəticəsində evləri dağılmış sakinlərə ianə barədə qərar hökumətin cümə axşamı keçirilən iclasından sonra Dahal və ölkənin nazirlik rəhbərləri tərəfindən qəbul edilib.

Xatırladaq ki, noyabrın 3-də Nepalda zəlzələ baş verib. ABŞ Geoloji Xidməti yeralı təkanların maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal kimi qiymətləndirib. Təbii fəlakət nəticəsində azı 157 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Yeraltı təkanlar zəlzələnin episentrindən təxminən 600 km aralıda yerləşən Yeni Dehlidə və Hindistanın şimalındakı digər ərazilərdə də hiss olunub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri