24 
Noy
2023
06:32
7
84
1343
Virtual karabakh

Məşhur şirkət 2024-cü ildə reklamları blok edən proqramların fəaliyyətini dayandıracaq

24 Noy, 2023
06:32
1343

Məşhur şirkət 2024-cü ildə reklamları blok edən proqramların fəaliyyətini dayandıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin iyun ayında “Google Chrome” hazırkı “Manifest V2”ni əvəz edəcək yeni “Manifest V3” genişləndirmə sisteminə keçəcək. Yeniləmənin əsas xüsusiyyətlərindən biri reklamları blok edən proqramların fəaliyyətinin məhdudlaşdırılması olacaq.

Bu barədə “Google” nümayəndələri şirkətin saytında məlumat veriblər.

Bu o deməkdir ki, istifadəçilər artıq “Chrome Web Store” vasitəsilə əvvəlki versiyaya əsaslanan genişləndirmələri quraşdıra bilməyəcəklər.

Eyni zamanda, antivirus proqramı və valideyn nəzarəti də daxil olmaqla hesablardakı bütün məzmun filtrləmə plaginlərinə dəstək dayandırılacaq.

Yenilik çoxlu müzakirələrə və tənqidlərə səbəb olub.

Belə ki, “Electronic Frontier Foundation” qeyri-kommersiya təşkilatının nümayəndələri “Google Manifest V3”ün təsvirini aldadıcı və təhlükəli adlandırıb və həmçinin bildiriblər ki, yeniləmə çətin ki, istifadəçilərin təhlükəsizliyinə fayda versin.

Mənbə: rbclife.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri