26 
Noy
2023
05:02
22
71
1870
Virtual karabakh

Maskın bir şərhi ona 75 milyon dollara başa gələ bilər

26 Noy, 2023
05:02
1870

Maskın bir şərhi ona 75 milyon dollara başa gələ bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı milyarder İlon Maskın şərhi reklamçılarla bağlı problemlərə görə “X” sosial şəbəkəsinə 75 milyon dollara başa gələ bilər. Buna səbəb dünyanın nəhəng brendlərinin İlon Maskın yəhudilər və Yaxın Şərq münaqişəsi ilə bağlı açıqlamalarından narazı olmasıdır.

Bu barədə “The New-York Times” “X”in daxili sənədlərinə istinadla xəbər verib.

Bildirilir ki, “Airbnb”, “Amazon”, “Coca-Cola” və “Microsoft” da daxil olmaqla 200-dən çox şirkət sosial şəbəkənin reklam xidmətlərindən artıq imtina edib, yaxud etməyi planlaşdırır.

Qeyd edək ki, Mask “X” sosial şəbəkəsində istifadəçilərdən birinin “yəhudilərin ağdərililərə qarşı nifrəti qızışdırdığı” iddiasına “Bu, əsl həqiqətdir” ifadəsi ilə razılaşdıqdan sonra qalmaqal yaranıb.

Bununla belə, amerikalı milyarder KİV-də onun antisemit olması ilə bağlı ittihamları yalan adlandırıb və bəşəriyyət üçün yalnız ən yaxşısını istədiyini əlavə edib. O, “X” sosial şəbəkəsindən əldə etdiyi gəlirin bir hissəsini İsrail xəstəxanalarına və fələstinlilərə tibbi yardım göstərən beynəlxalq humanitar təşkilata yönəldəcəyini də açıqlayıb. Həmçinin Maskın gələn həftə İsrailə səfəri planlaşdırılır. Səfər zamanı onun Prezident İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu ilə görüşü gözlənilir.

Mənbə: RT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri