Fev
2024
19:53
157
26
916
Virtual karabakh

Ərdoğan Türkiyənin turizm hədəflərini açıqlayıb

9 Fev, 2024
19:53
916

Ərdoğan Türkiyənin turizm hədəflərini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə 2024-cü ilin sonuna kimi turizm sənayesindən 60 milyon turist qəbul edərək 60 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Ədalət və İnkişaf Partiyasından yerli bələdiyyə seçkilərinə namizədlərin təqdimatı mərasimində bildirib.

“Turizm hədəfimiz 2024-cü ildə ölkəmizə 60 milyon ziyarətçi qəbul etmək və 60 milyard dollar gəlir əldə etməkdir”, - o bəyan edib.

Rəsmi məlumatlara görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər edib ki, bu da bir il əvvəlkindən 12% çoxdur. Ötən il turizm gəlirləri 2022-ci illə müqayisədə 16,9% artaraq 54,3 milyard dollar təşkil edib.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri